Reklam
Reklam

Tarix terminləri lüğəti

hənbəlilik

Sünnilikdə dörd qanuni məzhəbdən biri.

Onun əsası IX əsrdə Əhməd ibn Hənbəl tərəfindən qoyulub. Digər sünni məzhəblərindən fərqli olaraq H. ilk öncə dini-siyasi cərəyan kimi yaranıb və yalnız XI əsrin əvvəlində doqmatik-hüquqi məktəbə çevrilib. Konservativ ənənəçilik mövqeyindən çıxış edən bu məzhəb islamın ilkin saflığının bərpasını əsas məqsəd hesab edir. H. ideoloqları islamı sonrakı əlavələrdən təmizlənmək üçün ən mötəbər mənbə kimi peyğəmbərin sünnəsinə müraciət etməyi vacib bilirlər. H. sünnəni öz nüfuzu etibarilə faktik olaraq Quranın mətni səviyyəsinə qaldırır, Quran və sünnədə öz əksini tapmamış hər cür yeniliyi qəti şəkildə qəbuledılməz sayır. Qiyas əsasında rəy çıxarmağı yasaqlayan, məzarları ziyarəti bütpərəstlik kimi qiymətləndirən H. XIV–XV əsrlərdə tənəzzül etsə də, onun bir çox müddəaları yeni dövrdə vəhhabiliyin ideoloji əsası kimi yenidən dirçəlib. Hazırda H. doqmatik-hüquq məktəbi Səudiyyə Ərəbistanında rəsmən qəbul olunub, onun ideologiyasından “Müsəlman qardaşları” təşkilatı da geniş bəhrələnir.

Həmçinin bax:

Tarix terminləri lüğəti