Bir sözdən (və ya sözlərin sabit birləşməsindən) ibarət olub sintaktik cəhətdən üzvlənməyən cümlə.
Söz-cümlələr təsdiq və inkar ədatları (hə, bəli, yox, xeyr, əsla, qətiyyən, heç, heç də), bəzi modal sözlər (əlbəttə, sözsüz, baş üstə, göz üstə, şübhəsiz və s.) və nidalarla (ah, aha, oho, ey, əfsus və s.) ifadə olunur; məs.: Bunu tanıyırsan? –Yox. Kəndə gedəcəksənmi? – Əlbəttə. Gəl gedək. – Yaxşı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti