Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nida

İnsan hislərini (hiss, həyəcan, arzu və istək və s.)  ifadə edən köməkçi nitq hissəsi; məs.: Ay! Oh! Ax! Uff! və s.

Əsas nitq hissələrindən fərqli olaraq nidalar nominativ (adlan­dırma) funksiyasına malik deyildir. Bu sözlər, sadəcə, insanın ətrafdakı hadisələrə reaksiyasını ifadə edir. Nidalar leksik, qrammatik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü rolunda çıxış etmir. Nidaların müxtəlif məna növləri var: 1) sevinc, heyranlıq bildirənlər: bəh-bəh, ura, oxqay, ay can-ay can və s.; 2) qorxu, narahatlıq, kədər bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, of, ox, oy, eh, ay dad və s.; 3) çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey və s.; 4) nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Nidaların məna bölgüsü şərtidir və konkret situasiyadan asılıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti