Söz və ya cümlənin təsir gücünü artıran köməkçi nitq hissəsi.
Ədatların mənaca yeddi növü var: 1) qüvvətləndirici ədatlar: axı, ən, lap, daha, artıq, ha, -ca2, hətta, olduqca, da, də, ki, nə, necə, bir, belə; 2) dəqiqləşdirici ədatlar: elə, məhz, əsl; 3) məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, tək, təkcə, bir, bircə; 4) sual ədatları: bəs, məgər, yəni, bəyəm, -mı4, ki; 5) əmr ədatları: di, qoy, bax, gör, gəl, gəlin, gəlsənə, ha, -sana2; 6) təsdiq və inkar ədatları: bəli, hə, xeyir, yox, heç, heç də; 7) arzu ədatları: kaş, kaş ki, təki, barı, gərək. Ədatı cümlədən çıxaranda məna dəyişikliyi baş vermir, lakin cümlənin emosionallığı zəifləyir; məs.: Tofiq də bizə qoşuldu. Hətta Tofiq də bizə qoşuldu.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti