Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi.
Modal sözləri şərti olaraq aşağıdakı məna növlərinə ayırmaq olar: təsdiq bildirən modal sözlər: əlbəttə, həqiqətən, doğrusu, düzü və s.; ehtimal, güman və şübhə bildirən modal sözlər: gərək, yəqin, görünür, deyəsən və s.; nəticə və ümumiləşdirmə bildirən modal sözlər: deməli, yaxşı, demək, xülasə, beləliklə, nəhayət və s.; fikrin mənbəyini bildirən modal sözlər: məncə, fikrimizcə və s.; təəssüf bildirən modal sözlər: təəssüf ki, heyif ki, əfsus ki və s.; bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil, elə bil ki və s. Bütün modal sözlər ayrı yazılır, cümlə üzvlərindən vergüllə ayrılır (sanki, elə bil, elə bil ki, guya istisna olmaqla) və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti