Hər hansı bir janrın əlavə bədii xüsusiyyətə malik şəkli, modifikasiyası.
Hər bir ədəbi növə aid janrların müxtəlif tipləri vardır. Məsələn, lirikada qoşmanın heydəri, qoşayarpaq qoşma, qoşma-müstəzad, dodaqdəyməz qoşma kimi şəkilləri vardır. Təcnisin (ayaqlı təcnis, cığalı təcnis, dodaqdəyməz təcnis, əvvəl-axır təcnis, müstəzad təcnis, gedər-gəlməz təcnis və s.), müxəmməsin (cığalı müxəmməs, zəncirli müxəmməs, ayaqlı müxəmməs və s.) də tipləri çoxdur. Epik janr olan romanın tarixi roman, psixoloji roman, elmi-fantastik roman, detektiv roman, dramatik janr olan komediyanın vodevil, fars kimi növləri mövcuddur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti