Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

cığalı təcnis

Hər bəndinin ikinci və üçüncü misraları arasına cinas qafiyəli bayatının əlavə edildiyi təcnis.

Həmin bayatı cığa bayatı adlanır. Aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Aşıq Abbas Tufarqanlının qoş­duğu “Göz ala” şeiri ədəbiyyatımızda ilk cığalı təcnis nümu­nəsi sayılır:

Bağbansan, bağa bax, bax, işini gör,

Bağ bəslə, bağ becər, bağ işini gör.

Aşıq, bağ işini gör,

Bağa bax, işini gör.

Nə yatdın, qafil ovçu,

Maralın baxışını gör.

Hələ sən tərlanın baxışını gör,

İstəyir canımı gözəl bir qız ala.

Göründüyü kimi, cığa bəndləri ilə əsas bəndlər arasında həm məzmun, həm də forma baxımından əlaqə olur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti