lütf və ehsan sahibi, mərhəmətli, inayətkar anlamlarını ifadə edən Karim adının cəmidir.
Kəriman Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır, lakin Kəriman qadın adı daha geniş yayılmışdır. Adın təhrif olunmuş forması Kərimən də sonradan müstəqil kişi adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiKarim adı və mürəkkəb adların tərkibində işlənən Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Kərimullah (bax: ad – KƏRİM; ÜLLAH) kişi adı Tanrının kərəmi, Allahın mərhəməti, Allahın səxavəti anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Kərimulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Kərimulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətikiçik sözü müstəqil şəxs adı olmasa da, mürəkkəb kişi və qadın adlarının tərkibində işlənir.
Kiçik sözünün həcmcə ölçücə xırda, kəmiyyətcə az, cüzi, yüngülvarı, aşağı (vəzifəcə) mənaları vardır. Həmçinin tərkibində kiçik sözü olan şəxs adlarının kiçiltmə formasıdır. Belə adların məzmununda bir əzizləmə də hiss edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətikiçi sözü bir neçə məna ifadə edir: 1. Cinscə qadının əksi; 2. Ər; 3. Adam, şəxs, kəs; 4. Mərd, namuslu, sözündə sabit; 5. Ehtiram əlaməti olaraq yaşlı, ahıl kişilərin adına əlavə edilir.
Kişi şəxs adı sözün dördüncü mənası ilə əlaqədar olub, xüsusiyyət ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Kişi adı bu gün yalnız soyadlarda mövcuddur. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda Kişiyev soyadını daşıyanlar kifayət qədərdir. Bu da adın məişətimizdə yaxın keçmişə qədər geniş yayıldığına dəlalət edir. Azərbaycan antroponimikasında tərkibində Kişi adının iştirak etdiyi kifayət qədər şəxs adı mövcuddur. Məsələn, Atakişi (bax: ad – ATA; KİŞİ), Babakişi (bax: ad – BABA; KİŞİ), Ağakişi (bax: ad – AĞA; KİŞİ) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətikor və oğlu (III şəxs məns. ş. oğul) sözlərinin birləşməsindən yaranmış şəxs adıdır.
Məlum olduğu kimi, Koroğlu kişi adı xalqımızın çox sevdiyi “Koroğlu” dastanının əsas surətinin təxəllüsündəndir. Alı kişinin oğlu Rövşən atasının gözləri çıxarıldıqdan sonra intiqam hissi ilə mübarizəyə başlarkən özünə təxəllüs olaraq götürdüyü Koroğlu adı kor kişinin oğlu mənasındadır. Koroğlu şəxs adı Azərbaycan xalqının həm bədii dilində, həm də ümumxalq dilində qəhrəmanlıq, mərdlik, qoçaqlıq rəmzidir. Xalq öz sevimli qəhrəmanının adını artıq neçə əsrdir yaşadır. XX əsrdə adın daşıyıcılarından Koroğlu Rəhimov (1953-1992) I Qarabağ müharibəsində, işğalçı düşmənə qarşı Ağdərə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş vətənin qəhrəman oğulları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiköçar sözü bir neçə məna ifadə edir: 1. Məlum bir yerdə yerləşməmə, köç etmə; 2. Köç ərəfəsində anadan olan uşaq; 3. Oturaq həyat keçirməyən, daim bir yerdən başqa yerə köç edən; 4. Bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən.
Köçəri adı, çox ehtimal ki, erkən dövrlərdə köç ərəfəsində dünyaya gələn övladlara verilən adlardandır. Bəzi mənbələrdə Qoçər (bax: ad – QOÇƏR) kişi adı ilə də əlaqələndirilir. Adın təhrif olunmuş forması Köçəri də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Köçəri adından formalaşmış soyadın kifayət qədər olması məişətimizdə yaxın keçmişə qədər bu adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətikövsar sözündən olub, dilimizdə şirin su, dadlı içki mənasındadır.
Dini rəvayətlərə görə, guya Kövsər Cənnətdə çox saf və dadlı suyu olan bir bulağın, yaxud hovuzun adışdır. Həm şifahi ədəbiyyat nümunələrində, həm də yazılı ədəbiyyatda kövsər suyu (şirin su, dadlı Cənnət suyu mənasında) ifadəsinə tez- tez rast gəlinir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Kövsər adı da bu suyun adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti