Karim adı və mürəkkəb adların tərkibində işlənən Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Kərimullah (bax: ad – KƏRİM; ÜLLAH) kişi adı Tanrının kərəmi, Allahın mərhəməti, Allahın səxavəti anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Kərimulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Kərimulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti