Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KÖÇƏRİ azərb.

köçar sözü bir neçə məna ifadə edir: 1. Məlum bir yerdə yerləşməmə, köç etmə; 2. Köç ərəfəsində anadan olan uşaq; 3. Oturaq həyat keçirməyən, daim bir yerdən başqa yerə köç edən; 4. Bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən.

Köçəri adı, çox ehtimal ki, erkən dövrlərdə köç ərəfəsində dünyaya gələn övladlara verilən adlardandır. Bəzi mənbələrdə Qoçər (bax: ad – QOÇƏR) kişi adı ilə də əlaqələndirilir. Adın təhrif olunmuş forması Köçəri də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Köçəri adından formalaşmış soyadın kifayət qədər olması məişətimizdə yaxın keçmişə qədər bu adın geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti