Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QOÇƏR

azərb. qoç və mürəkkəb adların tərkibində işlənən ar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.İgid, qorxmaz kişi anlamlarına gəlir.

Qoçər (bax: ad – ƏR) antroponiminin tərkibindəki qoç sözü danışıq dilində bu gün də igid, qoçaq, qoxmaz, həmçinin çox sağlam mənalarında işlənməkdədir. Qeyd etmək lazımdır ki, ər sözü müasir ədəbi dilimizdə yalnız qadının həyat yoldaşı mənasında işlənsə də, əvvəllər igid mənasını da ifadə etmişdir. Başqa sözlə, Qoçər mürəkkəb kişi adının tərkibində mövcud adların hər ikisinin apelyativi arxaikləşmişdir. Bu gün artıq dilimizin antroponimikasında az işlənən şəxs adları sırasında olan Qoçər, əsasən, soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti