Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAKIXAN ərəb.

baqi/baki sözü və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Bakixan (bax: ad – BAQİ; XAN) kişi adı əbədilik, həmişəlik xan, daimi idarə edə bilən (Tanrı) anlamını ifadə edir. Şəxs adı kimi əslində Bakixan olsa da, sonradan dilimizin fonetik qanunlarına uyğun dəyişərək Bakıxan kimi formalaşmışdır. Bakı

toponimi ilə heç bir əlaqəsi yoxdur. Məişətimizdə Bakıxan adı geniş yayılmış şəxs adları sırasında olmasa da, Bakıxanov soyadının kifayət qədər daşıyıcısı mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALABABA azərb.

mürəkkəb adların tərkibində iştirak edən Bala Baba adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balababa (bax: ad – BALA; BABA) kişi adı baba yerində bala anlamını ifadə edir. Məlum olduğu kimi, azərbaycanlı ailələrin bir çoxunda, yuxarıda qeyd etdiyimiz kimi, babanın adının nəvəyə verilməsinə teztez rast gəlirik. Bu, artıq ənənəyə çevrilmişdir. Babaya-ailənin başçısına olan ehtiramdan irəli gələrək hər dəfə uşağı çağırarkən uşağı rəsmi adı (babasının adı) ilə deyil, məzmununa uyğun başqa adlarla çağırmaq ənənəsi burada da özünü göstərir. Məsələn, Ata (bax: ad – ATA), Dədə (bax: ad – DƏDƏ) və s. Balababa da bu qəbildən olan kişi adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALADADAŞ azərb.

mürəkkəb adların tərkibində iştirak edən Bala Dadaç adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Baladadaş (bax: ad – BALA; DADAŞ) kişi adı ailədə gəlinin yaşca kiçik qaynına, yaxın qohumlarında yaşca özündən kiçik olan oğlanlara müraciət formasından yaranmışdır. İndi də bəzi bölgələrdə bu müraciət forması işlədilməkdəir. Adın təhrif olunmuş formaları Baladdaş, Balatdaş da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAƏLİ azərb.

mürəkkəb adların tərkibində iştirak edən Bala Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balaəli (bax: ad – BALA; ƏLİ) kişi adı balaca Əli mənasındadır. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Balaəli adı bu gün Baləli formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti