mürəkkəb adların tərkibində iştirak edən Bala adı və arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Balaağa adı bu gün Balağa formasındadır. Balağa (bax: ad – BALA; AĞA) kişi adı Bala ağa anlamındadır. Azərbaycanın cənub bölgəsində geniş yayılmış adlardandır. Bu cür adların məzmununda bir yumşaqlıq özünü büruzə verir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti