Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DƏDƏ azərb.

dada sözü bir neçə mənada işlənir: 1. Ata, əcdad, ulu ata-babalar; 2. Ustad, ustad aşıq; 3. Bəzi bölgələrdə babaya (atanın və yaxud da ananın atasına) dədə deyə müraciət edilir; 4. Hörmət əlaməti olaraq dərvişlərə verilən ad, dərvişlərə müraciət forması. Dədə kişi adı ata, əcdad, baba anlamındadır.

Bu gün Türkiyə türklərində, eləcə də türk xalqlarında dilimizdəki baba mənasındadır. Azərbaycan antroponimikasında Dədə adı ilə yanaşı, tərkibində adın iştirak etdiyi mürəkkəb şəxs adları da mövcuddur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Dədə adına həm də bir sıra toponimlərin tərkibində rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti