Ayat adı və mürəkkəb adların tərkibində işlənən Ül- lah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Ayətullah (bax: ad – AYƏT; ÜLLAH) olan kişi adı Allahın hökmü, əmri, buyurduğu anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Ayatulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Ayətullah adı bu gün yalnız Ayatulla formasında mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların hissəsi kimi çıxış edən Ay və daniz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aydəniz (bax: ad – AY; DƏNİZ) kişi adı ay kimi parlaq dəniz mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında tərkibində Dəniz adının işləndiyi bir neçə mürəkkəb şəxs adı mövcuddur. Məsələn, Aydəniz, Eldəniz, Dənizxan. Adlardan heç biri soyad kimi formalaşmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaydın sözünün dilimizdə bir neçə anlamı vardır:
1.İşıqlı, nurlu, işıqsaçan, parlaq; 2. Ay işığı, aylı; 3. Aşkar, anlaşılan, məlum olan, bilinən, yaxşı seçilən, eşidilən, görünən; 4. Buludsuz, açıq, təmiz (hava); 5. Ziyalı, savadlı (şəxs), görünən (gizli qalmayan), bilinən deməkdir.
Aydın kişi adı sözün əsasən birinci mənası ilə əlaqədardır. Aydın deyərkən qaranlıqdan, qarışıqlıqdan uzaq olma kimi dərk edilir. Bir qarışıq qalmış məsələ ilə bağlı hər hər şey aşkara çıxanda “aydın oldu”, yəni açılmamış bir iş qalmadı ifadəsini işlədirlər. Qaranlıqdan qurtarınca “Aydınlığa çıxdım”, “Gözün aydın olsun” yəni qaranlıqdan qurtardım kimi ifadələrlə təbrik edirlər. Çox qədim türk adlarından olması məlumdur. Tarixdən məlumdur ki, Səlcuqların hakimiyyəti dövründə Türkiyənin indiki Aydın vilayətində və onun ətrafında Aydınoğulları bəyliyi də olmuşdur. Bu gün də Türkiyədə Aydın şəhəri, həmçinin Aydın, Aydınoğulları adı daşıyan banklar, böyük şirkətlər, ticarət nişanları mövcuddur. XX əsrdə adın məişətimizdə geniş yayılmasında görkəmli dramaturq C.Cabbarlının “Aydın” əsərini xüsusi qeyd etmək lazımdır. Aydın şəxs adı o dövrdən bu günə qədər məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında tərkibində Aydın adının iştirak etdiyi Aydınbəy və Aydınxan kimi mürəkkəb kişi adları da möcvuddur. Lakin digər türk xalqlarının məişətində tərkibində adın komponent kimi işləndiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Məsələn, Aydınalp, Aydınər, Aydıntan, Aydıntuğ və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Aydın adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aydınbəy (bax: ad – AYDIN; BƏY) kişi adı Aydın bəy anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aydınbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Aydın adı və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aydınxan (bax: ad – AYDIN; XAN) kişi adı Aydın xan anlamındadır. Çox zaman danışıqda Aydınxan adı qısaldılaraq Aydın kimi müraciət edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Ay sözü və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ayxan (bax: ad – AY; XAN) kişi adı ər (xüsusiyyətli), yəni kişi ürəkli, mərd xan anlamına gəlir. Əski türk adlarındandır. Əfsanəvi rəvayətlərə görə, Oğuz kağanın ikinci oğlunun adı Ayxan olmuşdur. Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda birinci tərəfi ay... olan kifayət qədər ad mövcuddur. Ayxan da belə yaranmış adlardandır. Türk xalqlarının antroponimik vahidlər sistemində tərkibində Ay sözünün iştirak etdiyi kifayət qədər şəxs adı mövcuddur. Ayxan da bu qəbildən olan antroponimlər sırasındadır. XX əsrin 90-cı illərinə qədər çox nadir hallarda təsadüf edilən Ayxan bu gün bir çox türk mənşəli şəxs adları kimi məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların hissəsi kimi çıxış edən Ay və nar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aynar (bax: ad – AY; NAR) kişi adı Ayın atəşi, odu anlamlarına gəlir. Məişətimizdə nadir kişi adları sırasında olan Aynar adətən ailələrdə Elnar, Gülnar və s. kimi adlara qafiyə xatirinə qoyulan addır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların hissəsi kimi çıxış edən Ay və takin sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Aytəkin
(bax: ad – AY; TƏKİN) şəxs adı ər (xüsusiyyətli), yəni kişi ürəkli, mərd xan anlamına gəlir. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Aytəkin Məmmədov (1967-1991) Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq I Qarabağ müharibəsinin ən ağır dövründə hər gün düşmən hücumuna məruz qalan kəndlərimizi amansız düşməndən müdafiə etmək üçün ezam olunduğu Xanlar (indi Göygöl) bölgəsinin Quşçu kəndində gedən şiddətli döyüşlər zamanı erməni ordusunun dəstələrini geri çəkilməyə məcbur etməyə müvəffəq olsa da, özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti