Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ŞAD

türk. çad qədim titullardandır. Qədim türklərdə şad xaqandan sonra yüksək hərbi titul kimi mövcud olmuşdur.

Şad həm də xaqanların qardaşlarına və oğlanlarına, qardaş və bacısı oğlanlarına verilən tituldur. Erkən dövrlərdə bir sıra şəxs adlarına da qoşulmuşdur. Məsələn, Tarduş şad, Tolis şad, Buri şad və b. adlarla işlənərək adın daşıyıcısının yüksək rütbəli şəxs (hökmdar, sərkərdə) olduğunu ifadə etmişdir. Azərbaycan antroponimikasında Şad müsəqil şəxs adı kimi deyil, mürəkkəb adların tərkibində komponent olaraq mövcuddur. Qeyd etmək lazımdır ki, məişətimizdə bir sıra adların tərkibində fars mənşəli şad sözü işlənir, sevinən, şən, sevincli, fərəhli anlamlarını ifad edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti