daniz sözündəndir. Adətən elmi ədəbiyyatda belə bir tərif verilir ki, dəniz Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə edilmiş böyük sahəsidir, okeanın bir hissəsidir. Məcazi mənada, daha dəqiq təşbehlərdə, müqayisələrdə son dərəcə çoxluq, həddən artıq olma, bolluq, tükənməzlik, nəhayətsizlik bildirir. Dəniz şəxs adı da sözün məcazi mənası ilə əlaqədar olub, nəhayətsizlik, tükənməzlik anlamlarındadır.
Dilimizdə mövcud fars mənşəli Dərya (bax: ad – DƏRYA) qadın adı ilə sinonim addır. Qeyd etmək lazımdır ki, türk xalqlarının əksəriyyətinin dilində Dəniz şəxs adı (bəzən Deniz, Tenqiz, Təngiz formalarında) mövcuddur, həm də antroponimlər sistemində müştərək şəxs adları sırasındadır. Bu gün Türkiyədə Dəniz (Deniz formasındadır) müştərək şəxs adlarından olub, çox geniş yayılmışdır. Uzun müddət dilimizdə unudulmuş Dəniz şəxs adı yenidən məişətimizə qayıtmışdır. Qeyd etmək lazımdır ki, bu gün dilimizin şəxs adları sistemində Dəniz yalnız qadın adı kimi mövcuddur. Lakin Azərbaycan şəxs adları sistemində tərkibində Dəniz adının iştirak etdiyi Dənizxan, Eldəniz və s. kimi mürəkkəb kişi adları mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti