mürəkkəb adların tərkibində işlənən Ay sözü və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ayxan (bax: ad – AY; XAN) kişi adı ər (xüsusiyyətli), yəni kişi ürəkli, mərd xan anlamına gəlir. Əski türk adlarındandır. Əfsanəvi rəvayətlərə görə, Oğuz kağanın ikinci oğlunun adı Ayxan olmuşdur. Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda birinci tərəfi ay... olan kifayət qədər ad mövcuddur. Ayxan da belə yaranmış adlardandır. Türk xalqlarının antroponimik vahidlər sistemində tərkibində Ay sözünün iştirak etdiyi kifayət qədər şəxs adı mövcuddur. Ayxan da bu qəbildən olan antroponimlər sırasındadır. XX əsrin 90-cı illərinə qədər çox nadir hallarda təsadüf edilən Ayxan bu gün bir çox türk mənşəli şəxs adları kimi məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti