Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fəxriyyə

Azərbaycan və Şərq ədəbiyyatında, əsasən, qəsidə janrında yazılmış tərif və tərənnüm məzmunlu şeir forması.

Məsnəvi, qəzəl və başqa şəkillərdə də yazılır. Burada şair öz ağlını, qabiliyyətini və poetik istedadını dəbdəbəli ifa­də­lərlə tərifləyir; məs.:

Mənim bakir sözlərimdir xasiyyətdə ruh tilsimi,

Mənim qəlbim ruhlandırır ağılları işıq kimi.

Sehr düzən şairlərə sapı verən bil mənəm, mən,

Bütün şeir zərrabları hey qafiyə alır məndən. (Ə.Xaqani)

Fəxriyyələr həm müstəqil şeir, həm də poemaların giriş hissəsi kimi yazılırdı.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

filologiya

yun. philos – sevgi + logos – söz

Ayrı-ayrı nitq nümunələrinin linqvistik və bədii xüsusiyyətlərini öyrənən elmlər: dilçilikədəbiyyatşünaslıq.

Linqvistik və ədəbi-tənqidi araşdırmalar fərqli metodların tətbiqini nəzərdə tutsa da, onlar üçün ortaq olan sahələr, ilk növbədə, dil və üslub məsələləridir. Ona görə də bir çox ədəbi mətnlərin araş­dırıl­ması məhz filoloji yanaşma tələb edir. Filoloji araş­dır­malar tarix, sosiologiya və psixologiya kimi elm sahələrindən də yararlanır. Filologiyada ədəbi mətn məzmun, dil və üslub nöq­teyi-nəzərindən təhlil edilir, onun mənəvi-estetik baxımdan əhəmiyyəti qiymətləndirilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti