Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mәdhiyyә

Klassik ədəbiyyatda müəyyən şəxsi tərif edən şeir növü; difiramb.

Klassik ədəbiyyatda əksər poemalar sifa­rişlə yazılırdı. Sifariş verənlər, adətən, hökmdarlar, şahlar olurdu. Şair yazdığı poemanın ənənəvi giriş hissəsində sifariş verən hökmdarı tərifləyirdi; məsələn:

Müzəffər daima Sultan Süleyman xani-adildir.

Ki, hər kim tabeyi-fərmanı olmaz – namüsəlmandır. (M.Füzuli)

Mədhiyyə, adətən, tәrif və epitet yığınından ibarәt olur. Mədhiyyələr, әsasәn, qəsidəməsnəvi formalarındadır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti