Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məsnəvi

ər. – ikilik, qoşalıq

Klassik Şәrq vә Azәrbaycan poeziyasında geniş yayılmış şeir şәkillәrindәn biri.

Məs­nəvinin hər iki misrası beyt təşkil edərək bir-biri ilə qafiyələnir və müstəqil fikir ifadə edir: a.a, b.b, c.c, d.d və s.; məsələn:

İraqa, İrana eyləsəm səfər,

Başıma yağıştək yağar simü-zər.

Şahlar məclisimdə diz çökər mənim,

Başıma tabaqla zər tökər mənim. (Ə.Xaqani)

Məsnəvinin sadə quruluşa malik olması geniş təhkiyəyə imkan verir. Azərbaycan ədəbiyyatında məsnəvi şəklində ilk epik əsər Ə.Xaqaninin “Töhfətül-İraqeyn” poeması sayılır. Sonrakı dövrlərdə məsnəvi geniş yayılıb, N.Gəncəvi və M.Füzuli kimi qüdrətli sənətkarların yaradıcılığında özünə yer alıb. Ədəbiyyatımızda ana dilində ilk məsnəvi şəklində olan epik şeir nümunəsi isə XIII əsrdə yazılmış “Dastani-Əhməd Hərami” poemasıdır. Nəzmlə yazılan təmsillər, demək olar ki, həmişə məsnəvi şəklində olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti