Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

elegiya

yun. elegeia – kədərli nəğmə

Avropa ədəbiyyatında hüzn, kədər, bədbin fəlsəfi düşüncələr ifadə edən lirik şeir növü.

Vəznində, həcmində və qafiyə quruluşunda standart yoxdur; adətən, 8-20 misradan ibarət olur. Antik ədəbiyyatda bu şeirin ən təsirli nümunələrini Arxilox, Ovidi, Katull və b. yaradıblar. Rus ədəbiyyatında A.Puşkin, M.Lermontov, N.Nekrasov və başqaları E. yazıblar.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

eliziya

lat. elisio – itələmə

Şeirdə yanaşı gələn iki saitdən birinin düşməsi, vəznə (heca sayına) daxil olmaması.

Daha çox sözlərin sərhədində yanaşı gələn (saitlə bitən sözdən sonra saitlə başlanan sözün gəlməsi) iki saitdən birinin düşməsi nəzərdə tutulur; məsələn:

Bağı aldın, evi aldın, amma doydum demədin,

Qoymadın heç mənə bir metrə qala, nolub, ala? (Baba Pünhan)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ellipsis

yun. elleipsis – buraxılma, düşmə

Üslubi fiqur: cümlədə asanlıqla anlaşılan, bərpa edilə bilən sözün buraxılması.

Fikrə dinamiklik, canlı danışıq intonasiyası, bədii ifadəlilik vermək üçün istifadə edilir. Daha çox atalar sözlərində, poeziyada rast gəlmək mümkündür; məs.: Abdaldan paşa olmaz, taxtadan maşa (olmaz). Quş dimdiyi ilə, insan biliyi ilə (tanınar).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

emfaza

yun. emphasis – aydınlaşdırma, bildirmə

1. Bədii dildə məcazlardan biri – sözün dar mənada işlənməsi.

Nümunə: Alim olmaq asandır, adam (qabiliyyətli, qanacaqlı adam) olmaq çətin.

2. Şeir, nəsr deklamasiyası zamanı sözün, birləşmənin, cümlənin xüsusi vurğu ilə deyilməsi, emfatik vurğu.

E.-nı məntiqi vurğudan fərqləndirmək lazımdır. Məntiqi vurğulu söz cümlənin sintaktik quruluşu ilə bağlı olduğu halda, E. mətnin semantikası ilə bağlıdır; məs.: Könlümün sevgili məhbubu mənim, / Vətənimdir, vətənimdir, vətənim (A.Səhhət).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti