yun. phantastike – təxəyyül sənəti
Qeyri-adi hadisə və faktların yer aldığı, bədii şərtiliklə elmi əsaslandırma cəhdinin sintez olunduğu əsər.
E-F.Ə.-in əsas mövzusu gələcəkdə Yer planetinin aqibəti, digər sivilizasiyalarla əlaqə, başqa planetdəki canlılardan müdafiə, elmi-texniki tərəqqi nəticəsində yarana bilən təhlükələr, insanın hələ kəşf olunmamış imkanları, nüvə müharibəsi nəticəsində baş verə biləcək fəlakətlər və s.-dir. Dünya ədəbiyyatında E-F.Ə.-in ilk nümunəsi F.Bekonun “Yeni Atlantida” əsəri hesab edilir. Lakin elmi-fantastik ədəbiyyatın ilk ən gözəl nümunələrini fransız yazıçısı Jül Vern yaradıb. Elmi fantastikanın tam formalaşması XX əsrin 20-ci illərinə aid edilir. Bu termini ilk dəfə 1920-ci ildə amerikalı mühəndis, elmi-kütləvi jurnalın naşiri Hüqo Hernesbek işlədib. Y.V.Çəmənzəminlinin “Gələcək şəhər” hekayəsini (1933-cü il) Azərbaycan ədəbiyyatında E-F.Ə.-in ilk nümunəsi hesab etmək olar. Azərbaycanda bu ədəbiyyatın digər nümayəndələri Emin Mahmudov, Namiq Abdullayev, Maqsud İbrahimbəyov, Qabil Əhmədov, Reyhan Yusifqızı və başqalarıdır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti