Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ideoloji funksiya

Medianın ictimai şüurda müəyyən dəyərlər və düşüncələr sistemi formalaşdırmaqdan ibarət olan fəa­liy­yəti, jurnalistikanın funksiyalarından biri.

Media insanın təfəkküründə kon­kret stereotiplər yaratmaqla onun dav­ranışını proqramlaşdırır. Jurnalistika ictimai rəyə təsir edə, toplumu isti­qa­mətləndirə bilir. Buna görə də ideoloji sis­temlər öz KİV-ini yaratmağa və ya media orqan­la­rın­dan təb­liğat məqsədilə fəal istifadə et­mə­yə ça­lışır. Lakin vahid ideologiyaya xid­­mət etmək medianın obyektivliyi, jur­nalis­ti­ka­nın tərəfsizliyi prinsiplərinə xələl gətirir. Totalitar cə­miy­yətlərdə, avtoritar rejimlərdə KİV-in bu funksiyası xüsusilə qabarıq nə­zərə çarpır.

See also:

Jurnalistika terminləri lüğəti

fonoteka

yun. phone – səs + yun. theke – anbar, yeşik

Maddi daşıyıcılar üzərində səs yazılarının toplanması, xüsusi şəraitdə saxlanması, texniki cəhətdən qorunması və ictimai istifadə üçün yayılması ilə məş­ğul olan müəssisə, yaxud müəssisə nəz­dində şöbə.

Ayrı-ayrı şəxslərin fərdi qay­dada topladıqları fonoqram kolleksiyası da F. adlandırılır. Bir çox hallarda ictimai F.-lar böyük kitabxanaların nəzdində yerləşir, maarifçiliklə, köhnə fonoqramların bər­pası, onların rəqəmsal daşıyıcılara, kompü­ter­lərin yaddaşına köçürülməsi ilə məşğul olur. Belə «səs arxivləri»ndə həmçinin ­fo­noqramların elektron kataloqları yara­dılır.

Jurnalistika terminləri lüğəti

forma

lat. forma – görünüş, zahiri görkəm

1. Mətbəə üsulu ilə yığılmış mətnin, klişelərin yerləşdirildiyi çərçivə, habelə bu çərçivəyə salınmış mətn və klişelər.

F.-dan mətbəədə kitab, qəzet, jurnal və s. çap məhsullarının səhifələrini hazırlamaq üçün istifadə edilir.

2. Sözün ifadə, deyiliş tərzi; məs.: sözü yumşaq formada demək. 

3. Ədə­biyyat və incəsənət əsərlərinin, jurna­list materiallarının, teleradio ve­ri­lişlərinin məzmununu ifadə ­et­­mək üçün yaradılmış struktur, biçim, əsər­­lərdə fakt­ların, kadrların, digər ­ele­­­mentlərin mü­əyyən ardıcıllıqla düzü­lüşü.

Hər sənət növünün özünəməxsus ifa­­də F.-ları var: rəssamlıqda – kolorit, rəng; qrafikada – cizgi; musiqidə – me­lodiya və s. Bununla yanaşı, müxtəlif yaradıcılıq növ­ləri üçün ümumi olan F. ünsürləri də möv­cuddur: kompozisiya, süjet, fabula və s. F. həmişə əsərin məzmunundan asılı olur: məz­mundan kənarda F. mövcud deyil. La­kin nəyin F.-ya, nəyinsə məzmuna aid edil­məsi fəlsəfədə hələ də ciddi müzakirə möv­zularından biridir. Müx­təlif fəlsəfi tə­lim­lərdə (metafizika, məntiq, estetika, eti­ka) F. anlayışının izahı fərqlənir. Məhz buna görə dünyanın ən mükəmməl lüğət və ­en­siklopediyalarında (Oksford, Kembric, Mer­riam-Webster, Britannica və s.) F. termininin fərqli izah­larına (üslub, dizayn, uzlaşma, hətta janr) rast gəlinir.

Jurnalistika terminləri lüğəti

ideya müəllifi

Media məhsulunun, yaxud layihəsinin ideyasını verən, onun hazır­lanması təşəbbüsü və planı ilə çıxış edən yaradıcı şəxs.

Jurnalistika terminləri lüğəti

format

fr. format < lat. forma – görünüş, zahiri görkəm

1. Çap materiallarının (kağız, ofset təbəqə və s.), habelə çap məhsul­larının (kitab, jurnal, qəzet və s.) standart ölçüsü. 

2. Televiziya kanalının, radiostansiyanın texniki yayım standartı. 

3. Bir verilişə xas olan daimi elementlərin məcmusu; televiziyada, radioda məz­munun təqdimat üsulu.

Bu üsul, əsasən, verilişlərin janr xüsusiy­yət­ləri, istiqaməti ilə səciyyələndirilir; misal: «Televiziya for­ma­tının ən qısa anlamı te­le­viziya pro­qramı deməkdir. Proqram for­matları bun­­lar­dır: macəra, uşaq proq­­­ramları, yu­moristik proqramlar…» (Rifat Karlova). 

4. Kompüterdə, elektron daşı­yı­cılarda sax­lanılan informa­siya va­hidi­nin (faylın) strukturu.

Misal: «Əlavə edil­miş faylların formatı ixtiyari ola bilər – doc, pdf…» (e-taxes.gov.az). 

5. Foto­apa­rat­lar­­da kadr pəncərəsinin, rəqəmli ­fo­­­­­t­o­­­ap­aratlarda matrisanın ölçüsü.

Bu ­öl­­çü­lərdən asılı olaraq fotoaparatlar kiçik­formatlı, orta­formatlı və iriformatlı olur.

6. Hər hansı tədbirin təşkili və keçirilmə qaydası. □ Misal: «Onun sözlərinə gö­rə, gö­rü­şün məq­sədi və formatı məlum deyil» (bbc.com).

See also:

Jurnalistika terminləri lüğəti

formatlama

fr. format < lat. forma – gö­rünüş, zahiri görkəm

1. Mətnin çapa ve­rilmək, sayta çıxarılmaq üçün hazır ölçüyə və şəklə salınması.

2. Elektron daşıyıcının, məsələn, kompüter diskinin ünvanlı ele­mentlərə – sektorlara, cığırlara bölünməsi və onların işarələnməsi.

Diski yenidən F.-q onu «təmizləmək», yəni elektron daşı­yıcıya ya­zılmış bütün informasiyaları sil­mək de­məkdir.

Jurnalistika terminləri lüğəti