Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ideologiya

yun. idea – fikir, ideya + yun. logiya – elm, təlim

Gerçəkliyə müna­si­bəti ifadə edən düşüncələr və dəyərlər ­sistemi.

İ. sosial qrupların siyasi, dini, fəl­­səfi baxışlarının əsasını təşkil edir. İ-nın mahiyyəti cəmiyyətdə müəyyən düşüncə tərzi formalaşdırmaqla ictimai inkişafı yönləndirmək, konkret ideyalar əsasında insanların siyasi fəallığını təmin etməkdən ibarətdir. Bu termini ilk dəfə XVIII əsrin sonunda fransız filosofu Antuan Destüt de Trasi «ideyalar haqqında elm» anlamında işlədib.

See also:

Jurnalistika terminləri lüğəti