Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

üçqat test

İfadə azadlığını məhdud­laş­dı­ran normaların yolverilən olub-olma­dı­ğını, ifadə azadlığına dair işlər üzrə məhkəmə qərarlarının ədalətliliyini müəyyən­ləş­dir­mək üçün tətbiq edilən üsul.

«İnsan hü­quqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyasının 10-cu maddəsinə görə, həmin normalar və qə­rarlar:

1. Qanunla nəzərdə tutulmalı.

2. Qanuni məqsədlər güdməli.

3. Demokratik cəmiyyətdə zəruri olmalıdır.

Avropa İnsan Haqları Məhkəməsi ifadə azadlığının po­zulması üzrə şikayətləri araşdırarkən üzv- ölkələrin məhkəmələrinin qərarlarının bu tələblərə uyğunluğunu yoxlamaq üçün ­on­ları Ü.T.-dən keçirir. Bəzi beynəlxalq ­sə­nədlərdə həmin test «üçhissəli təhlil» adlandırılır.

Jurnalistika terminləri lüğəti