Pornoqrafiya elementləri daşımadan cinsi hislərə, seksual münasibətlərə maraq və meyil doğuran, erotik məzmunlu materiallardan ibarət çap məhsulu.
Adətən, icra hakimiyyəti orqanları belə materialların nəşri sahəsində ixtisaslaşmış qəzet və jurnalların, digər çap məhsullarının satışına yalnız müəyyən şərtlər daxilində icazə verir: bunun üçün xüsusi yerlər ayırırlar, nəşrlərin ağzıbağlı şəffaf örtükdə satılmasını tələb edirlər və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti