Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

digitallaşma

ing. digitalisation – rəqəm­ləş­dirmə

Mətnli, qrafik, audio, vizual və audiovizual media məhsullarının kom­pü­terdə is­tifadə oluna biləcək rəqəmsal formata ­ke­çirilməsi.

D. istənilən materialın məz­mu­nu­nu eyni formatda bütün elektron kom­munikasiya vasitələri ilə paralel ötür­məyə imkan verir, KİV-in konvergensiyası üçün şərait yaradır.

See also:

Jurnalistika terminləri lüğəti

diffamasiya

lat. diffamo – ləkələyirəm

Şəxsin şərəfləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən qeyri-dəqiq infor­ma­siyaların yayılması, şərləmə, böhtan at­ma.

Beynəlxalq standartlara görə, hər hansı məlumatın D. kimi qiymət­ləndiril­məsi üçün o: yalan olmalı; mülahizə deyil, faktiki ma­hiyyət daşımalı; real zərər vur­malı və aid olduğu şəxsin nüfuzuna qarşı yönəl­məlidir, yəni kütləvi nümayiş etdiril­məli, yayıl­ma­lıdır. KİV-də D. hüquq pozuntusudur və mediaya qarşı şikayətlərin, məh­kəmə iddia­larının əksəriyyəti məhz belə hallarla əla­qədardır. Bununla belə, hökumətlərin D. haqqında qanunlar əsa­sında tənqidçi jur­na­listləri ağır cəzalan­dır­maq cəhdlərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar (BMT, Avropa İtti­faqı, Avropa Şurası və s.) bütün döv­lətləri onu dekri­minallaş­dır­ma­ğa çağırır. Artıq bir çox ölkələrin qanun­ve­riciliyində D. cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir.

See also:

Jurnalistika terminləri lüğəti

dini media

Cəmiyyətin dini həyatı ilə bağlı faktları və hadisələri işıqlandıran, dini eti­qad azadlığı məsələlərini, dinin tarixini, əsas­­larını, ictimai proseslərlə əlaqələri­ni araşdıran kütləvi informasiya vasitələri.

Be­lə KİV iki böyük qrupa bölünür: konfessional media (mormonların Messenger, buddistlərin Bodhi, yəhudilərin Ami, kato­liklərin The Catholic Review, mü­səl­man­ların Azizah dövri nəşrləri və s.) və din­­­şünaslığa aid media (Avropada Euhemer, Rusiyada Религиоведческие исследования, Amerikada Religious Studies jur­­na­l­ları). Azərbaycanda D.M. nümu­nələrinin (qəzet, sayt, bloq) tam əksəriyyəti konfessional me­diaya aiddir.

See also:

Jurnalistika terminləri lüğəti