Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

konvergensiya

lat. convergere – yaxın­laşma, çulğalaşma

Media texnologiyaları və platformalarının, bazarlarının, müxtəlif növ kütləvi informasiya vasitələrinin, jurnalistika funksiyalarının inteqrasiyası.

Me­dia texnologiyaları və platforma­larının bir­ləşməsi nəticəsində infor­masi­ya­nın eyni zamanda bir mənbədən müx­­təlif üsullar və texniki vasitələrlə (telefon, televiziya, peyk rabitəsi və s.) yayılması müm­kün olur. Müx­təlif növ KİV-in inteqrasiyası multimedia informasiya sistemləri yaradır. ­Jur­­na­lis­ti­kanın məlumatlandırma və əylən­dirmə funksiyalarının yaxınlaşması infoteynment, maarifləndirmə və əylən­dirmə funk­siya­la­rının qarşılıqlı təsiri edyuteynment kimi yeni formalar törədir və s.

Jurnalistika terminləri lüğəti