Hər kəsin hər hansı dinə təkbaşına, yaxud başqaları ilə birlikdə itaət etmək, habelə dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ.
Şəxsin dini etiqadını ifadə etməsinə, o cümlədən əqidəsinin ifadəsi, təbliği üçün KİV yaratmasına, media məhsulları hazırlamasına maneə törədilə bilməz. Lakin dini etiqadın irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədilə təbliğinə yol verilmir. D.E.A. yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə məhdudlaşdırıla bilər.
See also: