lat. audio – eşidirəm
1. Şəxsin qabaqcadan xəbəri və razılığı olmadan onun səsinin yazılması.
2. Bu üsulla əldə edilmiş səsin qeydə alındığı lent, digər maddi daşıyıcı.
Adətən, hər hansı zəruri məlumatı şəxsin xəbəri və razılığı ilə əldə edə bilmədikdə və ya əlavə sübut toplamaq ehtiyacı yarandıqda G.A. həyata keçirilir. Lakin G.A.-dan istifadə etməyə və ya onu yaymağa yalnız iki halda yol verilir: şəxsin özündən bu barədə yazılı razılıq alınmışsa, habelə kənar şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşsə; G.A. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
See also:
Jurnalistika terminləri lüğəti