fr. decoration < lat. decorare – bəzəmək
1. Hadisələrin cərəyan etdiyi məkanın və şəraitin səhnədə, studiyada, yaxud çəkiliş meydançasında təsviri, səhnə tərtibatı.
D.-ların hazırlanması və quraşdırılması ilə dekorator-rəssamlar məşğul olurlar.
2. Zahiri bəzək.
D. elementlərindən memarlıqda binaların bəzədilməsi üçün geniş istifadə olunur.
3. Hər hansı çatışmazlığı, bir şeyin mahiyyətini gizlətməyə xidmət edən örtük: geyim, yaxud hərəkət.
Jurnalistika terminləri lüğətilat. dis – fərqli, qeyri + fr. code – işarə
1. İnformasiyanı bir formadan digərinə çevirmək üçün qurğu, kod çözücüsü.
D.-lərin müxtəlif növləri var; məsələn, bəzi kabel, peyk yayımları kodlanır və kod çözücüsü olmadan yayım siqnalları ilə ötürülən proqramlara baxmaq olmur. Yalnız abunəçilərə verilən D.-lər həmin siqnalları təsvirə çevirir.
2. Bax: analoq-rəqəm çeviricisi.
Jurnalistika terminləri lüğətifr. detail < detailler – hissə-hissə doğramaq
1. Avadanlığın, mexanizmin və s.-nin tərkib hissəsi.
2. Təfsilat, ən xırda təfərrüat.
Yaradıcılıq sahələrində, o cümlədən jurnalistikada D. obrazın, faktın, prosesin qabarıq şəkildə təsvir edilmiş mühüm xüsusiyyəti, elementidir. Xırdalığına baxmayaraq, D. özündə dərin məna, geniş informasiya, emosional yük daşıya bilir: bəzən bir D.-da hər hansı əşyanın, obrazın bütün mahiyyətini açıb göstərmək mümkündür.
3. Bax: iri plan.
Jurnalistika terminləri lüğətilat. dis – fərqli, qeyri + lat. informatio – məlumatlandırma, izah
Qəsdən yalan məlumatların yayılması.
D. münaqişədə olan tərəflərdən birinin digərini çaşdırmasına, yaxud onu yayan şəxsin müəyyən üstünlük əldə etmək məqsədilə ictimai rəyi özünə sərfəli istiqamətə yönəltməsinə xidmət edir.
See also:
Jurnalistika terminləri lüğəti1. Təsvir edilən obyektin onun reallıqdakı vəziyyətinə uyğunluq dərəcəsi, düzgünlüyü.
D. jurnalist peşəkarlığının mühüm göstəricilərindən biri, «həqiqilik» termininə mənaca yaxın anlayışdır. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının birinci prinsipi «Həqiqətə xidmət, D. və operativlik» adlanır. Media işçilərindən cəmiyyəti dəqiq informasiya ilə təmin etmək, buna mane olan hərəkətlərdən çəkinmək, faktların düzgünlüyünü bütün mümkün vasitələrlə yoxlamaq tələb olunur.
2. Nitqdə istifadə olunan söz və ifadələrin onların gerçək mənasında işlədilməsini tələb edən prinsip, nitqin keyfiyyət göstəricisi.
Jurnalistika terminləri lüğəti1. Məlumatın, materialın çap kütləvi informasiya vasitələrində və internetdə yayılması.
2. Əsərin, fonoqramın kütləvi tələbatı ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsilə onlardan istifadəyə imkan yaradılması.
Bunun üçün əsərin, fonoqramın müəllifinin, yaxud istehsalçısının razılığı tələb olunur.
Jurnalistika terminləri lüğətiyun. dialogos – söhbət
1. İki və daha artıq şəxs arasında söhbət, informasiya mübadiləsi.
2. Personajlar, iştirakçılar arasında söhbət şəklində qurulmuş əsərin bədii forması.
D. bir sıra janrlarda (müsahibə, tok-şou, diskussiya) jurnalist materiallarının da əsasını təşkil edir.
3. Fərqli mövqelərdən çıxış edən insanlar, qruplar, dövlətlər arasında mübahisəli məsələlərin müzakirəsi, bütün tərəfləri razı salan həll variantının tapılması məqsədilə ardıcıl ünsiyyət.
Bu prosesdə jurnalistika mühüm rol oynayır. D. – cəmiyyətdə tolerantlığın, plüralizmin formalaşmasında jurnalistikanın iştirakının əsası sayılır.
Jurnalistika terminləri lüğətiyun. diaspora – səpələnmə
Vətəndən kənarda yaşayaraq milli kimliyini qorumağa çalışan etnik qrupların təsis etdikləri kütləvi informasiya vasitələri.
D.M. belə etnik qrupların üzvləri arasında əlaqələri gücləndirməklə, onların təşkilatlanmasına yardım göstərməklə spesifik vəzifələr yerinə yetirir. Bu vəzifələr sırasına milli adət-ənənələrin, dil və mədəniyyətin qorunması, ortaq problemlərin həlli, xüsusi informasiya maraqlarının təmin olunması və s. daxildir. D.M. həmçinin etnik qrupların mənşəcə bağlı olduqları ölkələrin xaricdə tanıdılmasına və təbliğ edilməsinə də xidmət göstərir.
See also: