fr. decoration < lat. decorare – bəzəmək
1. Hadisələrin cərəyan etdiyi məkanın və şəraitin səhnədə, studiyada, yaxud çəkiliş meydançasında təsviri, səhnə tərtibatı.
D.-ların hazırlanması və quraşdırılması ilə dekorator-rəssamlar məşğul olurlar.
2. Zahiri bəzək.
D. elementlərindən memarlıqda binaların bəzədilməsi üçün geniş istifadə olunur.
3. Hər hansı çatışmazlığı, bir şeyin mahiyyətini gizlətməyə xidmət edən örtük: geyim, yaxud hərəkət.
Jurnalistika terminləri lüğəti