Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

diaspora mediası

yun. diaspora – səpə­lənmə

Vətəndən kənarda yaşayaraq milli kimliyini qorumağa çalışan etnik qrupların təsis etdikləri kütləvi informasiya vasitə­ləri.

D.M. belə etnik qrupların üzv­ləri arasında əlaqələri gücləndirməklə, onların təşkilat­lanmasına yardım göstər­məklə spesifik vəzifələr yerinə yetirir. Bu vəzifələr sırasına milli adət-ənənələrin, dil və mə­dəniyyətin qorunması, ortaq  prob­lemlərin həlli, xüsu­si informasiya ma­raq­larının tə­min olun­ması və s. daxildir. D.M. həm­çinin etnik qrup­ların mənşəcə bağlı olduqları ölkələrin xaricdə tanıdılmasına və təbliğ edilməsinə də xidmət göstərir.

See also:

terminoloji ifadə: diaspora mediası Jurnalistika terminləri lüğəti