Jurnalistin, medianın məlumatları auditoriyaya təhrif edilmədən çatdırmaq öhdəliyi, gerçəkliyin jurnalistdən və onun şüurundan asılı olmayaraq KİV materiallarında düzgün əksi.
H. və «həqiqət» anlayışları arasında bir çox hallarda fərqlər yaranır; məsələn, həqiqəti bilmək üçün hər hansı siyasi xadimin söylədiyi fikrin mahiyyətini araşdırmaq tələb olunursa, H.-i təmin etmək üçün həmin fikrin deyildiyi formada, təhrifsiz yayılması kifayətdir. Yəni H. fikir və rəylərin həqiqəti əks etdirib-etdirməməsindən asılı olmayaraq səsləndikləri kimi auditoriyaya çatdırılmasında təzahürünü tapır. Onların həqiqətə nə dərəcədə uyğun gəldiyini isə auditoriya özü müəyyənləşdirir. Buna görə də əksər peşə kodekslərində məhz H. jurnalistikanın ümdə prinsiplərindən biri elan edilir. BBC-nin jurnalistika məktəbinin tədris vəsaitləri kodekslərin «H. və dəqiqlik» tələbini «yalan danışmamaq» öhdəliyi ilə əvəz etməyi mümkün sayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti