Filmdə, verilişdə, fotoqrafiyada hər hansı obyektin miqyasına görə digərlərindən daha böyük, qabarıq təsviri.
Bu halda kadrın əksər hissəsini məhz İ.P.-da çəkilən obyekt tutur, tamaşaçının bütün diqqəti ona yönəldilir. Ən İ.P.-a, məsələn, sifətin səyriyən əzələsini əks etdirən mənzərəyə «detal» deyilir. Yalnız filmin personajının, verilişin iştirakçısının gözləri göstərilən İ.P. isə «italyan planı» adlanır (belə kadrlar 1960-cı illərdə İtaliya filmlərində tez-tez nümayiş etdirilirdi).
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti