lat. diffamo – ləkələyirəm
Şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən qeyri-dəqiq informasiyaların yayılması, şərləmə, böhtan atma.
Beynəlxalq standartlara görə, hər hansı məlumatın D. kimi qiymətləndirilməsi üçün o: yalan olmalı; mülahizə deyil, faktiki mahiyyət daşımalı; real zərər vurmalı və aid olduğu şəxsin nüfuzuna qarşı yönəlməlidir, yəni kütləvi nümayiş etdirilməli, yayılmalıdır. KİV-də D. hüquq pozuntusudur və mediaya qarşı şikayətlərin, məhkəmə iddialarının əksəriyyəti məhz belə hallarla əlaqədardır. Bununla belə, hökumətlərin D. haqqında qanunlar əsasında tənqidçi jurnalistləri ağır cəzalandırmaq cəhdlərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar (BMT, Avropa İttifaqı, Avropa Şurası və s.) bütün dövlətləri onu dekriminallaşdırmağa çağırır. Artıq bir çox ölkələrin qanunvericiliyində D. cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir.
See also:
Jurnalistika terminləri lüğətilat. dicta – danışıram, diktə edirəm + yun. phone – səs
Səsi qeydə almaq və yenidən canlandırmaq üçün kiçikhəcmli daşınan texniki vasitə.
Bir qayda olaraq, jurnalistlər D.-dan müsahibə alarkən, reportaj hazırlayarkən istifadə edirlər. D.-un səsyazma keyfiyyəti maqnitofona nisbətən aşağıdır, lakin o, informasiya toplayan jurnalistə hadisə yerində sərbəst hərəkət etməyə, şifahi nitqi səhvsiz qeydə alaraq sonradan asanlıqla kağıza köçürməyə və s.-yə imkan verir.
See also:
Jurnalistika terminləri lüğətilat. dictor < danışan
Mətnləri mikrofon qarşısında oxuyan teleradio əməkdaşı.
Aparıcılardan fərqli olaraq, adətən, D.-lar oxuduqları mətnə müdaxiləyə, improvizasiyalara yol vermirlər. D.-dan yaxşı diksiya və yüksək nitq mədəniyyəti, aktyorluq məharəti tələb olunur.
See also:
Jurnalistika terminləri lüğəti1. Televiziyada, radioda heç bir dəyişikliyə uğradılmadan, yazıldığı kimi mikrofona oxunmaq üçün nəzərdə tutulmuş mətn.
2. Sənədli kino və televiziya filmlərini və görüntünü müşayiət edən kadrarxası mətn.
Mühüm funksiya daşıyan D.M. hadisələri tamaşaçılara izah edir, onlara qiymət verir, ayrı-ayrı epizodları əlaqələndirir.
See also:
Jurnalistika terminləri lüğətiHər kəsin hər hansı dinə təkbaşına, yaxud başqaları ilə birlikdə itaət etmək, habelə dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ.
Şəxsin dini etiqadını ifadə etməsinə, o cümlədən əqidəsinin ifadəsi, təbliği üçün KİV yaratmasına, media məhsulları hazırlamasına maneə törədilə bilməz. Lakin dini etiqadın irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədilə təbliğinə yol verilmir. D.E.A. yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə məhdudlaşdırıla bilər.
See also:
Cəmiyyətin dini həyatı ilə bağlı faktları və hadisələri işıqlandıran, dini etiqad azadlığı məsələlərini, dinin tarixini, əsaslarını, ictimai proseslərlə əlaqələrini araşdıran jurnalistika sahəsi.
Bu sahədə çalışan jurnalistlər (hansı kütləvi informasiya vasitəsində işləmələrindən asılı olmayaraq) yüksək dərəcədə ixtisaslaşır, çox zaman xüsusi təhsilə malik olurlar. Onlar D.J. məktəbləri, özlərinin professional birliklərini yaradırlar. 2012-ci ildə formalaşmış Beynəlxalq Dini Jurnalistlər Assosiasiyasının (IARJ) geniş internet resursları, onlayn tədris kursları, müxtəlif treninq proqramları var. 1949-cu ildən fəaliyyət göstərən Amerika Dini Jurnalistlər Assosiasiyasının (RNJ) nəzdində böyük maliyyə vəsaitinə malik fond, illik mükafatlar təsis olunub və s.
See also:
Jurnalistika terminləri lüğətiCəmiyyətin dini həyatı ilə bağlı faktları və hadisələri işıqlandıran, dini etiqad azadlığı məsələlərini, dinin tarixini, əsaslarını, ictimai proseslərlə əlaqələrini araşdıran kütləvi informasiya vasitələri.
Belə KİV iki böyük qrupa bölünür: konfessional media (mormonların Messenger, buddistlərin Bodhi, yəhudilərin Ami, katoliklərin The Catholic Review, müsəlmanların Azizah dövri nəşrləri və s.) və dinşünaslığa aid media (Avropada Euhemer, Rusiyada Религиоведческие исследования, Amerikada Religious Studies jurnalları). Azərbaycanda D.M. nümunələrinin (qəzet, sayt, bloq) tam əksəriyyəti konfessional mediaya aiddir.
See also:
Jurnalistika terminləri lüğətiDini məzmunlu ədəbiyyat, audio və video məhsullar, kağız və elektron daşıyıcılarda digər mal və məmulatlar.
Vətəndaşlar və dini qurumlar icra hakimiyyəti orqanları tərəfindən verilən nəzarət nişanı ilə markalanmış D.T.M.M. əldə edə, habelə onların istehsalı, idxalı, ixracı ilə məşğul ola bilərlər. Qanuna görə, D.T.M.M.-nın sərbəst yayımına onlar nəzarət nişanı ilə markalandıqdan sonra icazə verilir, belə materialların satışı ixtisaslaşdırılmış məntəqələr vasitəsilə həyata keçirilir.
See also:
Jurnalistika terminləri lüğəti1. Radio proqramlarının ünvanlandığı toplum.
Radio kanalı öz proqramlarını bütünlükdə ölkə əhalisinə, yaxud onun müəyyən seqmentinə (gənclər, idman həvəskarları, avtomobilçilər və d.) ünvanlaya bilər.
2. Konkret radio kanalının dinləyicilərinin ümumi dairəsi.
Bununla yanaşı, hər radio verilişinin fərqli D.A. da ola bilər. Kanal, yaxud veriliş bu auditoriyanın kəmiyyət və keyfiyyət göstəriciləri əsasında xarakterizə edilir, reklamçılar radioda sifariş yerləşdirərkən, ilk növbədə, həmin göstəriciləri nəzərə alırlar.
3. Hər hansı ixtisasartırma proqramının – kursun, treninqin iştirakçılarının cəmi.
Jurnalistika terminləri lüğəti