Mətbuat azadlığının verdiyi hüquq və imkanlardan peşə prinsiplərini pozmaq, qanunun tələblərindən kənara çıxmaq,
cinayət əməli törətmək üçün istifadə.
M.A.S-İ.-yə yol verən şəxs buna görə məsuliyyətə cəlb edilə bilər. Azərbaycan qanunvericiliyi kütləvi informasiya vasitələrindən aşağıdakı məqsədlərlə istifadəni M.A.S-İ. kimi qiymətləndirir və bunu qadağan edir: qanunla qorunan sirləri yaymaq; mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə qəsd etməyə çağırmaq; müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək; mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək; böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək.
See also:
Jurnalistika terminləri lüğəti