havar sözündən olub, dilimizdə əsasən iki məna ifadə edir: 1. Tərəfdar, məsləkdaş, ardıcıl; 2. Xəbər, müjdə; Havar kişi adı sözün birinci mənası ilə, yəni məsləkdaş, tərəfdar mənası ilə əlaqədardır.
Azərbaycanda Havar şəxs adı, əsasən, orta və yaşlı nəslin nümayəndələri arasında rast gəlinən kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətihekayat sözündəndir. Azərbaycan dilində əhvalat, sərgüzəşt, qəziyyə, hekayələr mənalarını ifadə edir.
Hekayət şəxs adı əhvalat, qəziyyə mənasını ifadə edir. XX əsrin ortalarına qədər dilimizdə ümumişlək sözlərdən olan hekayət sözünün əvəzinə bu gün dilimizdə, əsasən, əhvalat sözü işlənir. Azərbaycan dramaturgiyasının banisi, dövrünün ictimai xadimi, yazıçı Mirzə Fətəli Axundov/Axundzadənin (1812-1878) beş əsərinin adında hekayət (əhvalat mənasında) sözü işlənmişdir. “Hekayəti-Molla İbrahimxəlil kimyagər“ (1850), “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadükuni məşhur” (1850), “Hekayəti-Xırsi Quldurbasan” (1851), “Mürafiə vəkillərinin hekayəti“ (1855), “Aldanmış Kəvakib/Hekayəti-Yusif şah“ (1857). Hekayət adı Azərbaycan antroponimikasında müştərək şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiheybat sözündəndir. Heybət sözü Azərbaycan dilində həm qorxu, zülm, dəhşət, vahimə və eyni zamanda hörmət hissi oyandıran hal, görkəm, həm də çalışqan, namuslu, izzət, ləyaqət mənasındadır.
Heybət antroponimi qorxulu, qəribə (hörmətə layiq anlamında) görkəm anlamlarını ifadə edir. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Heybət kişi adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Addan formalaşmış soyadlara kifayət qədər rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiHeybat və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Heybətəli (bax: ad – HEYBƏT; ALI; ƏLİ) kişi adı Əli kimi ləyaqətli, Əli ləyaqəti anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Heybətalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad, əsasən, Heybətəli şəklində olub, soyadlarda yaşamaqdadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiheydar sözündən olub, Azərbaycan dilində aslan, şir anlamlarını ifadə edir. Heydər kişi adı Aslan (bax: ad – ASLAN), Əsəd (bax: ad – ƏSƏD) şəxs adları ilə sinonimdir. İslam dinində xəlifə Əlinin (bax: ad – ƏLİ) ləqəblərindən biridir. Məcazi mənada çox güclü, cəsur mənasındadır.
Azərbaycanda adın daşıyıcıları arasında xalqımızın tarixində milli lider kimi şərəfli ada layiq görülmüş Əliyev Heydər Əlirza oğlu (1923-2003) Azərbaycanın görkəmli dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının üçüncü prezidenti olmuşdur. Məlum olduğu kimi, xalqımızın, eləcə də dövlətimizin qarşısında müstəsna tarixi xidmətləri olan ümummilli lider Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə dövrünün ən nüfuzlu təltiflərindən hesab edilən Lenin ordeni, “Qırmızı Ulduz“ ordeni və çoxlu medalla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Adın daha bir daşıyıcısı, Azərbaycanın görkəmli ziyalılarından olan Heydər Hüseynov (1908-1950) görkəmli ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmələri doktoru, professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü, iki dəfə o dövrdə ən yüksək mükafat hesab edilən Stalin mükafatı laureatı olmuşdur. Azərbaycanda tarix, həmçinin fəlsəfə elminin inkişafında çox böyük xidmətləri olan, respublikamızda tərcümə məktəbinin əsasını qoyan, eləcə də ilk azərbaycanca-rusca və rusca-azərbaycanca lüğətin redaktorlarından olan Heydər Hüseynov eyni zamanda Bəhmənyar, N.Gəncəvi, A.Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi elmi araşdırmalar aparmışdır. Azərbaycanda Heydər şəxs adı ilə əlaqədar toponimlər də mövcuddur. Azərbaycan ərazisində Heydər antroponimi ilə bağlı Heydərli kəndi Gədəbəy r-nunun Şəkərbəy i.ə.v.-dədir. Yaşayış məntəqəsini XIX əsrin sonlarında Gədəbəyin Dikdaş kəndindən köçüb gəlmiş Heydarli nəslinə mənsub ailələrin saldığı ehtimal edilir. İranda M.Şəhriyarın “Heydərbaba” şeirindən tanıyıb-sevdiyimiz Heydərbaba dağı vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətihabib sözündəndir. Həbib sevimli, sevilən, sevgili, dost mənasındadır.
İslam dinində Allahın məlum 99 adındandır. Klassik ədəbiyyatda çoxişlənən söz və ifadələr sırasındadır. Həbib məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından Həbib bəy Səlimov Hacı Yusif oğlu (1881-1920) general-mayor, Azərbaycan Demokratık Respublikası ordusunun ilk baş qərargah rəisi, 1920-ci ilin martında “Əsgəran savaşının qəhrəmanı” adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır. Azərbaycanlı general 1920-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiHabib adı və Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əslində Həbibulla (bax: ad – HƏBİB; ÜLLAH) olan kişi adı Tanrının dostu, Allahın sevimli bəndəsi mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Həbibulla, Həbulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad həm Həbibulla, həm də Həbulla şəklindədir. Məişətimizdə XX əsrin səksəninci illərinə qədər geniş yayılsa da, bu gün unudulmaqda olan kişi adlarındandır. Adın daşıyıcıları arasında keçən əsrdə Azərbaycan elminin inkişafında xidməti olan alimlərimizdən Həbibulla Məmmədəliyev, Həbibulla Şahtaxtinski, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov xalqımızın tanınmış şəxsiyyətlərindəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətihakim sözündəndir. Ərəb dilində müdrik, mütəfəkkir, çox ağıllı adam, təbib, doktor, alim anlamlarını ifadə edir.
Əslində mənbə dildə hakim (bax: ad – HAKİM) olan söz sonradan dilimizin ahəng qanununa uyğunlaşdırılaraq həkim şəklində işlənmişdir. Müasir Azərbaycan dilində həkim sözü yalnız ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunmasına həsr edən mütəxəssis, təbib, doktor, loğman mənasında işlənir. Bu gün Azərbaycanda Həkim şəxs adına da, Həkimov soyadına da kifayət qədər rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətihaqq sözündəndir. İnsanlıqla bağlı, insafla əlaqədar, insafı olan, doğruluq və insaf sahibi olan (Allah) anlamlarını ifadə edir.
Həqqi İslam dinində Allahın məlum 99 adından olan əl- Həqlə əlaqədardır. Əl-Həqq Haqqın özü uca Tanrıdır mənasını ifadə edir. Həqqi şəxs adı müvafiq olaraq Allah adamı, haqq adamı (tərəfdarı) mənasını ifadə edir. Adın təhrif olunmuş forması Haqqı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Müasir Azərbaycan dilində haqq/haqqı ümumişlək sözlərdəndir. Haqqı həm də müqəddəs hesab edilən varlıqların adına and içən zaman işlədilən sözlərdəndir. Məsələn, Tanrı haqqı, Allah haqqı, canım haqqı, “Quran“ haqqı, atamın goru haqqı və s. ümumişlək ifadələr dilimizdə kifayət qədərdir. Bu gün Azərbaycanda populyarlığını itirən Həqqi/Haqqı kişi adı ərəb dünyasında olduğu kimi, Şərqdə, Türkiyədə, eləcə də türk xalqları arasında geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti