Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏBİB ərəb.

habib sözündəndir. Həbib sevimli, sevilən, sevgili, dost mənasındadır.

İslam dinində Allahın məlum 99 adındandır. Klassik ədəbiyyatda çoxişlənən söz və ifadələr sırasındadır. Həbib məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından Həbib bəy Səlimov Hacı Yusif oğlu (1881-1920) general-mayor, Azərbaycan Demokratık Respublikası ordusunun ilk baş qərargah rəisi, 1920-ci ilin martında “Əsgəran savaşının qəhrəmanı” adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır. Azərbaycanlı general 1920-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti