Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HAKİM ərəb.

hakim sözündən olub, dilimizə tərcümədə hökm edən, hökm və hikmət sahibi olan Allah, amir və əmr verən, hökmdar, əmir anlamlarını ifadə edir. Hakim müasir Azərbaycan dilində məhkəmə orqanlarında baxılan iş haqqında hökm, qərar, qərardad çıxaran vəzifəli şəxsdir. Bununla yanaşı, oyunda, yarışda hakimlik edən şəxs anlamını da ifadə edir.

Dilimizdə tarixən bir ölkənin başında duran, onu idarə edən şəxsə də hakim deyilmişdir. Məsələn, Bakı hakimi, Gəncə hakimi və s. Bir sıra lüğətlərdə mütəfəkkir, çox ağıllı adam, filosof, təbib, loğman anlamlarını ifadə edən həkim sözü ilə əlaqələndirilir. Hakim kişi adı İslam dinində Allahın məlum 99 adından biridir. Əl-Hakəm hökm edən, yaxşını pisdən ayırd edə bilən, düzgün hökm çıxaran mənasını ifadə edir. XX əsrdə məişətimizdə geniş yayılmış Hakim kişi adı türk dünyasında da, Şərqdə də geniş yayılmış şəxs adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti