Habib adı və Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əslində Həbibulla (bax: ad – HƏBİB; ÜLLAH) olan kişi adı Tanrının dostu, Allahın sevimli bəndəsi mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Həbibulla, Həbulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad həm Həbibulla, həm də Həbulla şəklindədir. Məişətimizdə XX əsrin səksəninci illərinə qədər geniş yayılsa da, bu gün unudulmaqda olan kişi adlarındandır. Adın daşıyıcıları arasında keçən əsrdə Azərbaycan elminin inkişafında xidməti olan alimlərimizdən Həbibulla Məmmədəliyev, Həbibulla Şahtaxtinski, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov xalqımızın tanınmış şəxsiyyətlərindəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti