hakim sözündəndir. Ərəb dilində müdrik, mütəfəkkir, çox ağıllı adam, təbib, doktor, alim anlamlarını ifadə edir.
Əslində mənbə dildə hakim (bax: ad – HAKİM) olan söz sonradan dilimizin ahəng qanununa uyğunlaşdırılaraq həkim şəklində işlənmişdir. Müasir Azərbaycan dilində həkim sözü yalnız ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunmasına həsr edən mütəxəssis, təbib, doktor, loğman mənasında işlənir. Bu gün Azərbaycanda Həkim şəxs adına da, Həkimov soyadına da kifayət qədər rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti