Baş cümlədəki hərəkətin, əlamətin zamanını bildirib nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olan budaq cümlə.
Zaman budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və bu kimi əvəzlik-qəliblər işlənir; məs.: Mən onda kəndə çatdım ki, hava qaranlıqlaşırdı. İnsanlar öz məskənlərinə o zaman qayıtdılar ki, su, od və vicdanla yoldaş oldular (İ.Şıxlı). Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi cümlələrdə əlaqə vasitəsi o zaman ki, o gün ki, o vaxt ki, nə zaman ki, nə vaxt ki, haçan ki, elə ki və s. bağlayıcı sözlər olur. Bu zaman baş cümlədə əvəzlik-qəlib qarşılıq söz kimi iştirak edir (işlənməyə də bilər); məs.: Elə ki məclis qurtardı, hamı dağılışdı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələrindən biri.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Zaman məna əlaqəsi birləşdirmə, inkar, iştirak bağlayıcıları və intonasiya vasitəsilə əlaqələnə bilir; məs.: Küçələrdə maşınlar şütüyür, adamlar işə tələsirdilər. Həm yağış yağır, həm də göy guruldayırdı. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin yerini dəyişdikdə, əsasən, məna dəyişmir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkət və ya əlamətin zamanını bildirən zərf.
Nə zaman? nə vaxt? haçan? nə vaxtdan? nə vaxtadək? və s. suallardan birinə cavab verir; məs.: Mən hələ də (nə zaman?) kitabı ala bilməmişəm. Yenə (nə zaman?) göy üzünü duman bürüyüb. Zaman zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə zaman zərfləri: dünən, indi, inişil, daim, bi`ldir, axşam, səhər, gecə, sabah, bayaq, sonra, gec, tez, hələ, həmişə, əvvəl, yenə, dərhal və s. Düzəltmə zaman zərfləri: hələlik, çoxdan, hərdən, onda, gündə, ildə, ayda, yayda və s. Mürəkkəb zaman zərfləri: günü-gündən, kəlməbaşı, haçandan-haçana, arabir, əvvəl-axır, aybaay, anbaan, ara-sıra, hərdənbir, birdən-ikidən, axşamtərəfi, günorta, səhər-səhər, səhərçağı və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin, hərəkətin, hadisənin zamanını bildirən zərflik.
Nə vaxt? nə zaman? haçan? nə vaxtadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir. Zaman zərfliyi, əsasən, zaman zərfi, isim, feili bağlama və ismi birləşmələrlə ifadə olunur; məs.: Dünən gəldi. Mən gələndə onu gətirdim. İlin sonunda camaat yaylağa gəlir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkəti müxtəlif cəhətlərdən izah edən əsas nitq hissəsi.
Zərflər necə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? nə qədər? və s. suallarından birinə cavab olur. Zərf cümlədə, əsasən, feilə aid olaraq onun tərzini, zamanını, yerini və miqdarını bildirir; məs.: yaxşı danışır, çox oxuyanda, yuxarı getmək, dünən gələn və s. Zərfin ifadə etdiyi məna baxımından dörd növü var: zaman zərfi, tərzi-hərəkət zərfi, yer zərfi və miqdar zərfi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş və hərəkətin yerini, zamanını, kəmiyyətini, tərzini, səbəb və məqsədini bildirən cümlə üzvü.
Zərfliyin əsas ifadə vasitəsi zərf və feili bağlamadır. Zərfliklər quruluşca sadə və mürəkkəb olur. Sadə zərfliklər nitq hissələri ilə ifadə olunur: Dünən yaman yağış yağdı. Mürəkkəb zərfliklər isə söz birləşmələri ilə ifadə olunur: Qonaqları evlərinə ötürüb gələndə yolu azdım. Zərfliyin 6 məna növü var: tərzi-hərəkət zərfliyi, zaman zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb zərfliyi, məqsəd zərfliyi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. zevqema – birləşmə, əlaqə
Bir cümlə üzvünün bir neçə sintaktik vahidə aid olması.
Burada “sintaktik vahid” dedikdə həmcins cümlə üzvləri və ya tabesiz mürəkkəb cümlənin komponentləri nəzərdə tutulur; məsələn (həmcins cümlə üzvləri):
Quş qanadla uçar, insan diləklə,
Yatır hər ürəkdə min-min arzular. (B.Vahabzadə)
Z., əsasən, zaman və ya ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə özünü göstərir. Burada “ortaq” komponent kimi çox vaxt zaman zərfliyi çıxış edir:
Gül açar, dünya gülər, aləmə nur səpilər,
Sən yadıma düşəndə. (D.Gədəbəyli)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzərbaycan aşıq poeziyasında müxtəlif janrlı şeirlərin tərkibində işlədilən 5-7 hecalı oynaq şeir parçaları.
Daha çox qoşma, müxəmməs, müsəddəs kimi janrlarda təsadüf edilən Z.-lәrin konkret forması yoxdur. Onlar da cığa bəndləri kimi musiqi ritminə uyğun olaraq şeirlərə əlavə edilir. Lakin cığadan fərqli olaraq Z. bitkin parça deyil və özündən əvvəl gələn misralarla sıx bağlıdır:
Bir gözәlin övsafından bu zaman
Danışıb deyәrәm, söylәrəm xitab,
Bağlaram kitab,
Ollam sәrhesab.
Sәrhesab oluban sәhrayә düşdüm,
Tapmadım sәnintәk bir ali nisab,
Bir ülülәlbab,
Zülfü piçü tab... (Məlikballı Qurban)
Ustad aşıqlar müxtəlif üslubi fiqurları və poetik formaları sintez etməklə Z.-nin rəngarəng formalarını (əvvəl-axır zəncirləmə, zəncirli-cığalı müsəddəs və s.) yaratmışlar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti