Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tabeli mürəkkəb cümlə

Qrammatik cəhətdən biri müs­tə­qil, digəri isə ondan asılı, ona tabe olan cümlələrdən təşkil olunmuş mürəkkəb cümlə.

Tabeli mürəkkəb cümlənin kom­­ponentləri arasında birtərəfli asılılıq vardır. Bu cümlələrin komponentləri (baş və budaq cümlələr) arasında aşağıdakı əlaqə vasitələri işlədilir: tabelilik bağlayıcıları (ki, çünki, ona görə ki, indi ki, bir halda ki, onun üçün ki, elə ki, onda ki, o vaxt ki, belə ki,  madam ki və s.); bağlayıcı sözlər (kim, nə, hər kim, hər kəs, hər nə, necə, nə cür, neçə, haçan, hara, hansı, nə qədər və  s.), ədatlar (isə (-sa2), -sa da (-sə də), -sa belə (-sə belə), -mı4) və intonasiya. Tabeli mü­rəkkəb  cüm­lənin tabe olan komponentinə budaq cümlə, tabeedici kom­po­nentinə baş cümlə deyilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti