Azərbaycan aşıq poeziyasında müxtəlif janrlı şeirlərin tərkibində işlədilən 5-7 hecalı oynaq şeir parçaları.
Daha çox qoşma, müxəmməs, müsəddəs kimi janrlarda təsadüf edilən Z.-lәrin konkret forması yoxdur. Onlar da cığa bəndləri kimi musiqi ritminə uyğun olaraq şeirlərə əlavə edilir. Lakin cığadan fərqli olaraq Z. bitkin parça deyil və özündən əvvəl gələn misralarla sıx bağlıdır:
Bir gözәlin övsafından bu zaman
Danışıb deyәrәm, söylәrəm xitab,
Bağlaram kitab,
Ollam sәrhesab.
Sәrhesab oluban sәhrayә düşdüm,
Tapmadım sәnintәk bir ali nisab,
Bir ülülәlbab,
Zülfü piçü tab... (Məlikballı Qurban)
Ustad aşıqlar müxtəlif üslubi fiqurları və poetik formaları sintez etməklə Z.-nin rəngarəng formalarını (əvvəl-axır zəncirləmə, zəncirli-cığalı müsəddəs və s.) yaratmışlar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti