Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tərbi

ər. – dördqat, dördə çatdırmaq

Lirik növün janrı: qitə və ya qəzəl janrında yazılmış şeirin ya hər misrasına üç, ya da hər beytinə iki misranın əlavə edilməsi ilə yaranan dördlük.

Qafiyə quruluşu, əsasən, mürəbbedə olduğu kimidir: a.a.a.a, b.b.b.a, c.c.c.a, ... və s. T.-nin sonunda həm müəllifin, həm də şeirindən istifadə olunan şairin adı çəkilir. A.Səhhət M.Füzulinin “Dəhənin dərdimə dərman dedilər cananın” misrası ilə başlayan qəzəlini T. edib:

Dərdə düşdüm əsərindən sitəmi-hicranın,

Çarədən ötrü dolaşdım neçəsin dünyanın.

“Dəhənin dərdimə dərman dedilər cananın,

Bildilər dərdimi, yoxdur dedilər dərmanın”.

                               ***

Eşq ikən rusi-əzəl xilqəti-aləm səbəbi,

Vaizin xalqı nədir nəhyi dəmadəm səbəbi.

“Olsa məhbublərin eşqi cəhənnəm səbəbi,

Hurü-qilmanı qalır kəndisinə rizvanın”...

                               ***

Dili-divaneyi-Səhhət edəməz tabi-cünün,

Onu seyd etməsə zülfün kimi qüllabi-cünün.

“Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun,

Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın”.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti