İki və daha artıq bərabərhüquqlu müstəqil cümlədən düzələn mürəkkəb cümlə.
Tabesiz mürəkkəb cümlənin komponentləri intonasiya və tabesizlik bağlayıcıları vasitəsilə əlaqələnir; məs.: Cənubi Azərbaycanda Milli hökumət bərqərar olmuşdu, hər yerdə Azərbaycan dilində yazılmış lövhələr vurulmuşdu (intonasiya). Hacı Zeynalabdin Musa Nağıyevə oğlunun adını əbədiləşdirməyi məsləhət gördü və beləliklə, Bakının mərkəzində İsmailiyyə binasının əsası qoyuldu (tabesizlik bağlayıcısı). Bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında müxtəlif məna əlaqələri mövcuddur. Həmin məna əlaqələri bunlardır: 1) zaman məna əlaqəsi; 2) ardıcıllıq məna əlaqəsi; 3) səbəb-nəticə məna əlaqəsi; 4) aydınlaşdırma məna əlaqəsi; 5) qarşılaşdırma məna əlaqəsi; 6) bölüşdürmə məna əlaqəsi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti