Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təcdidi-mətlə

Qəsidənin ortasında işlədilən həmqafiyə beyt, yeni mətlə.

Ərəb dilində təcdid yeniləmə, təzələmə deməkdir. T-M.-nin qafiyəsi və vəzni qəsidənin mətlə beyti ilə eyni olur. T-M.-dən sonra şeirin mövzusu dəyişir: mədhlə başlayan qəsidə sanki məhəbbət mövzusunda qəzəl kimi davam edir. Məsələn, türk şairi Nəfinin Sultan Osmana həsr etdiyi mədhiyyə belə başlanır:

Səfderi-məni dili-sahib-qiranımdır mənim,

Tiği-şəmşiri-Cahangiri zəbanımdır mənim.

Mövcud qafiyə və rədiflə, eyni vəzndə davam edən qəsidənin ortasında şair belə bir yeni mətlə − həmqafiyə beyt işlədir:

Aşiqəm, şuridəlik arami-canımdır mənim,

Qəmzeyi-dilbər bəlayi-nagəhanımdır mənim.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təcrid

Ritorik müraciətin bir növü: müəllifin özünü və ya hər hansı bir varlığı mücərrəd şəxs qismində müraciət obyektinə çevirməsi.

Adətən, belə müraciət obyektlərinin əvvəlində “ey”, “ya” nidaları işlənir. T.-ə klassik ədəbiyyatda, əsasən, şeirin son beytində rast gəlinir:

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma! (M.Füzuli)

Mövti-cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim. (S.Ə.Şirvani)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təfilə

Əruz vəznli şeirin misralarındakı bölümlər, hissələr; əruz qəlibləri.

Əruz vəznində məfA`il, məfA`ilAn, məf`İlAn, məfA`ilAtü, məfA`ilAtün, məfA`ilü, məfA`ilün, məfA`İlü, məfA`İlün və bu kimi T.-lər mövcuddur. Əruzşünaslıqda T.-nin əsli və törəmə deyilən növləri vardır. Əsli T.-lərin sayı səkkizdir. Azərbaycan alimi Əkrəm Cəfər öz əsərlərində 47 törəmə T. haqqında məlumat verib. Ümumilikdə əruzda yetmişdən artıq T. qeyd olunur. Hər misrada 4, 3, 2 T. ola bilər. Şeirin bütün misraları həmin T. quruluşuna əsaslanır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

friqə

1. Birpәrdәli komik dram əsəri; mәzhәkә; vodevil.

2. İrihəcmli əsərin hər hansı qəzetdə və ya jurnalda hissə-hissə verilməsi.

T. edilən yazı qəzet və ya jurnalın həmişə eyni səhifəsində dərc olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təhzil

Məşhur bir şeirə, ciddi bir əsərə eyni ölçüdə, janrda və qafiyədə yazılmış yumoristik və ya satirik nəzirə.

Bəzən nəzireyi-təməsxüranə də deyilir. Sabirin bir sıra satiraları T. şəklində yazılıb. Məsələn, onun Namiq Kamalın “Amalımız, əfkarımız iqbali-vətəndir” şeirinə yazdığı T.-də pafoslu vətənpərvərlik ruhu kinayə və sarkazmla əvəz olunub.

Namiq Kamal:

Amalımız, əfkarımız iqbali-vətəndir,

Sərhədimizə qala bizim haqqi-bədəndir.

Osmanlılarız, zinətimiz qanlı kəfəndir,

Qavqada şəhadətlə bütün kam alırıq biz,

Osmanlılarız, can verir, nam alırıq biz.

M.Ə.Sabir:

Amalımız, əfkarımız ifnayi-vətəndir,

Kinü-qərəzü-hirs bizə rahi-bədəndir,

Əfal yox, ancaq işimiz lafi-dəhəndir,

Dünyadə əsarətlə bütün kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

llüs

Yazıçı və şairlərin özləri üçün seçdiklәri və sənət aləmində daha çox tanındıqları ad.

T.-lərin yaranma səbəbləri və tarixçələri müxtəlif olur. T.-ü yazıçının özü, yaxud onun müәllimi, qәlәm yoldaşı verə bilər. Bir çox hallarda ədiblər senzuradan, təqiblərdən qorunmaq məqsədilə öz əsərlərini T.-lə nəşr etdiriblər. Bu səbəbdən bir müəllifin bir neçə T.-ü ola bilər. Məsələn, XX əsrin əvvəllərində yazıb-yaratmış bəzi ədiblərimizin onlarla T.-ü olub. Bəzən bu fakt ədəbiyyatşünaslar üçün əsərin əsl müəllifini müəyyən etməkdə çətinlik yaradır. Məsələn, indiyə kimi ədəbiyyatşünaslar arasında Qurban Səid T.-ünün kimə aid olduğu mübahisə obyekti olaraq qalır. Bəzi hallarda T. sənətkarın həyat və sənət kredosunu əks etdirir (Sabir, Vurğun, Nizami, Xaqani). İstənilən halda yazıçı və şairlər tarixin yaddaşında əsl adları ilə deyil, T.-ləri ilə qalırlar. Məsələn, bu gün çox az oxucu bilir ki, Mark Tvenin əsl adı Semuel Klemens olub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təkkə

Sufilərin bir araya yığışdığı, təlimat aldığı, ilahi hikməti və Allah sеvgisini öyrənib anladığı məkan.

T.-lərə zaviyə və ya xanəgah da deyilirdi. Belə məkanlarda sufilər öz bədii yaradıcılıqlarını da təqdim edirdilər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

krir

Üslubi fiqur: nitqin bədii və emosional təsir gücünü artırmaq məqsədilə mətndə fonetik, leksik və ya sintaktik vahidlərin təkrarlanması.

T. növlərinin sayına və rəngarəngliyinə görə üslubi fiqurların digər kateqoriyalarını – antitezaları, solesizmləri, leksik fiqurları və s.-ni üstələyir. T.-i tavtologiyadan (təkrardan) fərqləndirmək lazımdır. Tavtologiya çox zaman nitq qüsuru kimi qəbul edilirsə, T. bədii nitqdə ritmika, ekspressivlik yaradır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti