lat. censor < censere – qiymətləndirmək, nəzərdən keçirmək
Məlumat, fikir və ideyanın hər hansı şəkildə cəmiyyətdə yayılması üzərində nəzarət sistemi.
S. söz və mətbuat azadlığının dövlətin, ictimaiyyətin sosial-siyasi maraqlarına uyğun məhdudlaşdırma formasıdır. Bu nəzarət hər hansı veriliş və ya məlumatın, bədii və ya elmi əsərin əvvəlcədən nəzərdən keçirilməsini və yalnız bundan sonra onun kütləvi yayımına icazə veril(mə)məsini nəzərdə tutur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti